“Milan” yayda ulduzunu sata bilər

“Milan” yayda ulduzunu sata bilər<span class="qirmizi"></span>

“Milan” yay transfer pəncərəsi zamanı hücumçusu Rafael Leaonu sata bilər.

Bu, klub 23 yaşlı portuqaliyalı ilə yeni müqavilə üzrə razılığa gələ bilməyəcəyi təqdirdə baş verəcək. “Milan” futbolçuya illik 6 milyon avro maaşla müqavilə təklif edib. “Rossoneri”nin məbləği 7 milyona yüksəltmək imkanı var. Futbolçunun özü isə bonuslar istisna olmaqla, ildə 7,5 milyon avro sabit gəlir istəyir.

Hücumçunun hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. “Milan” futbolçunu həmin zaman pulsuz buraxmaq məcburiyyətində qalmaq istəmədiyi üçün bu yay satılmasını nəzərdən keçirir.

2019-cu ilin avqustundan “Milan”da çıxış edən Leao bu mövsüm bütün turnirlərdə 35 matçda 9 qol vurub və 10 məhsuldar ötürmə verib. “Transfermarkt” portalına görə, futbolçunun dəyəri 80 milyon avrodur.

Mənbə: “Calciomercato”

Mənbə: www.oxu.az