Ronaldo: "DÇ-2022-dən sonra millidən getmək istəyirdim"

Ronaldo: "DÇ-2022-dən sonra millidən getmək istəyirdim"<span class="qirmizi"></span>

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Qətərdəki DÇ-2022-dən sonra yığmadakı karyerasını başa vurmaq istəyib.

Qol.az "Record"a istinadən xəbər verir ki, bu haqda 38 yaşlı hücumçu özü danışıb. O, millidən ayrılmağı düşündüyünü, daha sonra fikrini dəyişdiyini deyib:

“Mən yalan danışmayacağam. Həyatda bütün qərarlar ölçülməlidir. DÇ-2022-dən sonra millidən getmək istəyirdim. Mən və ailəm bu barədə düşündük. Amma sonra belə bir qənaətə gəldik ki, çətinliklərə baxmayaraq, təslim olmamalıyıq. Vəziyyətə müxtəlif nöqteyi-nəzərdən baxa bildim. Mən çox şey öyrəndim və qayıtdığım üçün şadam.

Məşqçi mənə güvəndiyini açıq şəkildə bildirdi. Mən həmişə oynamaq istəmişəm. Başa düşdüm ki, milliyə verəcək bir şeyim var. Mən bunu hiss edirəm. Arzum Portuqaliyanı ən yüksək səviyyəyə çatdırmaqdır".

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür.

Mənbə: qol.az