Rusiya xokkeyçilərini yenə dünya çempionatına buraxmadılar

Rusiya xokkeyçilərini yenə dünya çempionatına buraxmadılar<span class="qirmizi"></span>

Beynəlxalq Hokkey Federasiyası (İİHF) Rusiya və Belarus millilərinin öz bayrağı altında keçirilən yarışlardan diskvalifikasiya qərarını qüvvədə saxlayıb.

Bizim.Media xəbər verir ki, qurum bunu təhlükəsizlik tədbirləri ilə əlaqələndirib.

Beləliklə, hər iki yığma may ayında start götürəcək növbəti dünya çempionatında da iştirak edə bilməyəcək.

Xatırladaq ki, Rusiya və Belarus milliləri ötən ilin fevral ayından diskvalifikasiya olunub. İİHF bunu Rusiyanın Ukraynaya hücumu ilə əlaqələndirib. Ruslar dünya çempionatlarında iştirak etmək hüququndan məhrum olmaqla yanaşı beynəlxalq turnirləri təşkil etmək imkanını da qaçırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Mənbə: bizim.media