Azərbaycan X Beynəlxalq Abilimpiya çempionatında iştirak edir

Azərbaycan X Beynəlxalq Abilimpiya çempionatında iştirak edir<span class="qirmizi"></span>

Fransanın Metz şəhərində X Beynəlxalq Abilimpiya çempionatının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov, Federasiyanın vitse-prezidentləri Rüfət Hacılı, Aqşin Babayev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan milli komandasının üzvləri və digər rəsmi şəxslər açılış mərasimində iştirak ediblər.

Azərbaycan milli komandasının təntənəli paraddan keçiblər.

Qeyd edək ki, yarışlara martın 24-də start veriləcək.

Şəhla Ağalarova

Mənbə: azertag.az