Rusiya millisi İranla heç-heçə etdi

Rusiya millisi bu gün İranla yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki, görüş Tehranda "Azadi" stadionunda olub. Matç 1:1 hesabı ilə başa çatıb.

Hesabı 29-cu dəqiqədə Rusiya yığmasından Anton Mirançuk açıb. Bərabərlik qolunu 47-ci dəqiqədə Mehdi Taremi vurub.

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə silahlı müdaxiləsinə görə ölkənin yığma komandası beynəlxalq yarışlardan kənarlaşdırılıb. Ona görə də komanda yoxlama görüşləri keçirmək qərarına gəlib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Makronun 80 minlik saatı gündəm oldu - Video

SONRAKI XƏBƏR

Təqaüddə olan müəllim vəfat etdi