"Barselona" Messi ilə münasibətləri yaxşılaşdırmalıdır"

"Barselona" Messi ilə münasibətləri yaxşılaşdırmalıdır"<span class="qirmizi"></span>

"Barselona"nın prezidenti Joan Laporta PSJ-nin hücumçusu Lionel Messi haqda danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı oyunçu ilə bağlı deyib: “Messi bilir ki, “Barselona”nın qapıları onun üzünə həmişə açıqdır. Gəlin görək, nə baş verir. Mən Messi ilə "Barselona" arasında mövcud münasibətləri yaxşılaşdırmaq üçün bir yol tapmalıyam”.

Qeyd edək ki, 35 yaşlı Messi 2000-ci ildən 2021-ci ilin iyununa qədər "Barselona"da çıxış edib. Daha sonra o, PSJ-yə transfer olunub. Futbolçunun hazırkı klubu ilə müqaviləsi bu ilin iyununda başa çatır. Onun Kataloniya təmsilçisinə qayıda biləcəyi barədə xəbərlər yayılıb.

 

Mənbə: qol.az