Naqelsmann və futbolçular istefa qərarına təəccübləniblər

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmannı istefaya göndərməsi mütəxəssis və futbolçular üçün sürpriz olub.

Qol.az xəbər verir ki, dünən Almaniya mətbuatı Münhen təmsilçisinin baş məşqçini istefaya göndərdiyini açıqlayıb. Bununla bağlı klub hələ rəsmi açıqlama yaymayıb.

Həmçinin oxuyun: "Bavariya" Naqelsmannı istefaya göndərdi

"Sport1" yazıb ki, Naqelsmann və heyətin bir çox futbolçusu bu qərara təəccüblənib və mütəxəssisin qovulmasına hazır olmayıb. Bildirirlib ki, komandanın əsas oyunçularında olan Jozua Kimmix baş məşqçini xüsusilə dəstəkləyib.

Qeyd olunur ki, Naqelsmann üçün “Bavariya”nı idarə etmək çətin olub və bəzi əvəzedicilər oyun müddətinin azlığından şikayətləniblər.

 

Qol.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-ın bu şəhərində hamilə qadınlara ayda min dollar veriləcək

SONRAKI XƏBƏR

Ukraynanın qalib gəlməsi üçün lazım olan dəstəyi verməliyik - NATO Baş katibi