Özil onu 21-ci əsrin ən yaxşı məşqçisi hesab edir

Özil onu 21-ci əsrin ən yaxşı məşqçisi hesab edir<span class="qirmizi"></span>

Bu ay futbolçu karyerasını başa vuran Məsut Özil "Roma"nın çalışdırıcısı Joze Mourinyonu 21-ci əsrin ən yaxşı məşqçisi adlandırıb.

Qol.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında deyib: “Mənim üçün Joze Mourinyo bu əsrin ən yaxşı məşqçisidir. Onun taktikanı başa düşməsi inanılmaz bir şeydir. Soyunub-geyinmə otağında onun ünsiyyət tərzi də var...

Həm də Mourinyo komandanı hər zaman mediadan qoruyur! O, həqiqətən dünya səviyyəli məşqçidir".

Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real"da Özilin baş məşqçisi olub.

Mənbə: qol.az