Qurban Qurbanov: “Qalatasaray”ı Bakıda görmək xoşdur”

Qurban Qurbanov: “Qalatasaray”ı Bakıda görmək xoşdur”<span class="qirmizi"></span>

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Qalatasaray” klubuna qarşı keçirəcəkləri xeyriyyə oyunu öncəsi fikirlərini bildirib.

Oxu.Az xəbər verir ki, təcrübəli mütəxəssis matçdan öncə təşkil edilən brifinqdə belə bir komandanı Bakıda görməyin xoş olduğunu deyib:

“Stadionda gözəl ab-hava gördüm. Arenada böyük işlər görülüb. Hiss olunur ki, dostluq, qardaşlıq oyununa hazırlıq gedir. Məncə, maraqlı, önəmli oyundur. Həm klub, həm bizim üçün Bakıda “Qalatasaray”ı görmək xoşdur. Azarkeşlər üçün maraqlı olacaq. Ən vacibi - Türkiyədə zəlzələdən sonrakı ümumi durum üçün belə bir oyun planlaşdırılıb və xeyriyyə matçıdır. Əsas olan budur. Ümid edirəm, oyun xoş təəssüratla başa çatar. Yardım üçün nə lazımdırsa, etməyə hazırıq. Azarkeşlər üçün yaxşı oyun göstərməyə çalışacağıq”.

Qurbanov heyət çatışmazlıqlarına görə digər klublardan hansı oyunçuları götürəcəklərini açıqlayıb:

“Rotasiyalıq bir şey yoxdur. Oyunçuların sayı azdır. Əlimizdə olanlarla matçı başa vurmağa çalışacağıq. “Qarabağ”ın keçmiş oyunçularını dəvət etmişik, bircə Anar Nəzirov bizdə olmayıb. Rauf Hüseynli, Donald Gerye, Nihad Quliyev bizimlə olacaqlar”.

Faiq Tahirov

Mənbə: www.oxu.az