"10 turda 5 qələbə bizim səviyyəmizə uyğun deyil"

"10 turda 5 qələbə bizim səviyyəmizə uyğun deyil"<span class="qirmizi"></span>

"Bavariya"nın baş direktoru Oliver Kan komandanın hazırkı durumu və son nəticələri haqda danışıb.

Qol.az xəbər verir ki, o, 2 gün əvvəl baş məşqçi Yulian Naqelsmanın qovulmasına da toxunub:

“İşdən çıxarılma qərarının panika ilə heç bir əlaqəsi yox idi. Söhbət emosiyalarla bağlı olsaydı, bazar ertəsi qərar verərdik. Qeyri-stabil mövsümdə özünü göstərməyə başladı. Bu komanda parlaq matçlar keçirməyə qadirdir. Amma bəzən izaholunmaz zəiflik nümayiş etdirdik.

Yayda heyətimizi bir daha gücləndirdik. Avropanın ən yaxşı komandalarından birinə sahibik. Ancaq sabitlik heç vaxt olmadı. Mövsümün 2-ci hissəsinin əvvəlində əldə olunan nəticələrdən və çıxışdan razı qalmaq mümkün deyil. Bundesliqada keçirdiyimiz 10 oyundan cəmi 5-də qalib gəldik. Bu, bizim səviyyəmizə uyğun deyil. Bir anda qərar verməli oldum.

"Bavariya"nın həmişə iddialı hədəfləri var. Sabitlik əldə etmək ümidi ilə asan yolla getmək və sadəcə gözləmək olardı. PSJ ilə matçlarda komanda nəyə qadir olduğunu göstərdi. Amma biz hesab etdik ki, tapşırıqlar uğursuzdur.

Biz Yuliana vəziyyəti izah etdik və o, hər şeyi qəbul etdi, anladı”.

Mənbə: qol.az