Zlatan İbrahimoviç: "Azərbaycan millisi ilə oyun tam fərqli olacaq"

Zlatan İbrahimoviç: "Azərbaycan millisi ilə oyun tam fərqli olacaq"<span class="qirmizi"></span>

"Sabahkı qarşılaşma tam fərqli olacaq".

"Report"un məlumatına görə, bunu İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç evdə Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə deyib.

İtaliya "Milan"ında çıxış edən 42 yaşlı hücumçu bu görüşdə daha yaxşı mübarizə aparacaqlarını bildirib: "Kifayət qədər qol şanslarımızın olacağını düşünürəm. Şans hesabına belə olsa, qollar vurmaq lazımdır. Necə ki, Belçika seçməsi bunu bizimlə oyunda etdi".

Qeyd edək ki, martın 27-də Solna şəhərində keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Mənbə: report.az