Tanınmış basketbolçu Azərbaycan Kubokunun final oyununu izləyəcək

"Gəncə" və NTD komandaları arasında Azərbaycan Kubokunun final oyununu izləyənlər arasında gürcüstanlı veteran basketbolçu Nikoloz Tskitişvili də olacaq.

Federasiyadan "Report"a verilən məlumata görə, keçmiş NBA oyunçusu Sərhədçi İdman Mərkəzində keçiriləcək həlledici matça tribunadan tamaşa edəcək.

Qeyd edək ki, bu gün oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq. Oyun "CBC Sport" telekanalı və federasiyanın rəsmi yutub hesabı vasitəsilə canlı yayımlanacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Hazal Kaya və Ali Atayın dörd nəfərlik ailə pozaları -FOTO

SONRAKI XƏBƏR

KİV: “SVB-nin müflis olması vençur investisiyaları bazarını çökdürəcək”