Stronqmen və “strict curl” üzrə Azərbaycan çempionatlarına start verilib

Stronqmen və “strict curl” üzrə Azərbaycan çempionatlarına start verilib<span class="qirmizi"></span>

Martın 26-da Bakıda stronqmen və “strict curl” üzrə Azərbaycan çempionatlarına start verilib. SİA xəbər verir ki, stronqmen yarışları iki hərəkət və müxtəlif çəki dərəcələri, “strict curl” yeniyetmələr, gənclər, böyüklər və veteranlar yaş kateqoriyaları üzrə təşkil olunur.

Çempionatda ümumilikdə 70-dən artıq idmançı birincilik uğrunda yarışır.

Qaliblər Azərbaycan Stronqmen Federasiyası tərəfindən medal və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

Mənbə: sia.az