Kurtua Belçika millisindən ayrıldı

Kurtua Belçika millisindən ayrıldı<span class="qirmizi"></span>

Belçika yığmasının və "Real"ın qapıçısı Tibo Kurtua milli komandadan ayrılıb.

Qol.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Əzələsində problem aşkarlanan qapıçı martın 28-də Almaniya ilə keçiriləcək yoxlama oyununda iştirka etməyəcək. O, “Real”ın düşərgəsinə qayıdıb.

Kurtua Avro-2024-ün seçmə mərhələsinin ilk turunda İsveçlə qarşılaşmada (3:0) zədələnib.

Xatırladaq ki, Belçika millisi Azərbaycan yığması ilə birlikdə F qrupunda mübarizə aparır.

Mənbə: qol.az