İsveç millisinin kapitanı: "Azərbaycanla oyuna yaxşı nəticə üçün çıxacağıq"

İsveç millisinin kapitanı: "Azərbaycanla oyuna yaxşı nəticə üçün çıxacağıq"<span class="qirmizi"></span>

"Sabahkı matça yaxşı nəticə üçün çıxacağıq. Bu səviyyədə oynayanların çoxu təzyiqə və qalib gəlməyə öyrəşib".

"Report"un məlumatına görə, bunu İsveç yığmasının kapitanı Viktor Lindelöf evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.

29 yaşlı müdafiəçi qrupun ilk matçında Belçikaya 0:3 hesablı məğlubiyyətə görə məyus olduqlarını bildirib: "Amma inamımızı itirmirik. Bunun öhdəsindən gələcəyik. Hər oyunda qələbə qazanmaq istəyirik. Təəssüf ki, istədiyimiz başlanğıcı edə bilmədik".

Qeyd edək ki, martın 27-də Solna şəhərindəki "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Mənbə: report.az