Dani Alveş acınacaqlı durumda

Dani Alveş acınacaqlı durumda<span class="qirmizi"></span>

Zorlama ittihamı ilə həbs olunan "Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveş həbsxanada içkiyə qurşanıb.

Qol.az xəbər verir ki, bu barədə "Servimedia" məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, Alveş müxtəlif həbsxana modullarında hərəkət etmək icazəsi olan məhbuslardan birinin ona verdiyi “Barselona” köynəklərinə həvəslə imza atır. O, həmin köynəkləri digər məhbuslara verir, onlar isə köynəkləri ailələrinə göndərirlər. Bunun qarşılığında isə Alveş gizli yolla spirtli içkilər və siqaret alır.

Mənbənin məlumatına görə, Alveş bu əməllərinə görə yeni ittihamlarla üzləşə bilər.

Xatırladaq ki, Dani Alveşi gecə Barselonadakı klublarının birində qıza təcavüz etməkdə ittiham olunaraq bu ilin yanvarında həbs edilib. Onu 12 ilə qədər həbs gözləyir.

Əlavə edək ki, "Yuventus”, PSJ, “Sevilya”da da çıxış etmiş 39 yaşlı Alveş 43 kubokla tarixin ən titullu futbolçusudur.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin

Mənbə: qol.az