“Tottenhem” Konte ilə yollarını ayırıb

“Tottenhem” Konte ilə yollarını ayırıb<span class="qirmizi"></span>

İtaliyalı mütəxəssis Antonio Konte artıq “Tottenhem”in baş məşqçisi deyil.

“Report” xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

“Bildiririk ki, qarşılıqlı razılıq əsasında baş məşqçi Antonio Konte ilə əməkdaşlığımızı dayandırırıq. Biz Antonionun klubdakı birinci mövsümündə Çempionlar Liqasına çıxmışıq. Antonioya verdiyi töhfəyə görə minnətdarıq və ona gələcəkdə hər şeyin ən yaxşısını diləyirik. Kristian Stellini mövsümün sonunadək baş məşqçi vəzifəsini icra edən kimi komandaya başçılıq edəcək, Rayan Meyson isə baş məşqçinin köməkçisi olacaq”, - londonluların mətbuat xidməti açıqlayıb.

Xatırladaq ki, “mahmızlar” İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıblar. 28 oyun sonra komandanın aktivində 49 xal var. Klub Çempionlar Liqası, həmçinin İngiltərə Kuboku turnirlərində yarışmanı dayandırıb. Hazırda Çempionlar Liqasında çıxış etməyə imkan verən ilk dördlük uğrunda mübarizə aparan klubun ən yaxın təqibçiləri "Nyukasl", "Liverpul", "Brayton" və "Brentford"dur.

Mənbə: report.az