"Qarabağ"ın bu legioneri milliləşdirilir - Razılıq verdi

AFFA daha bir futbolçunu milliləşdirmək qərarına gəlib.

Publika.az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"ın futbolçusu Abdulla Zubir Azərbaycan millisində çıxış etməyə yaxındır. Federasiya Ağdam klubunun aparıcı üzvlərindən birinin yığmaya faydalı olacağını düşünür. Buna görə də fransalı vingerlə danışıqlar aparılıb.

Yığmada çıxış edən komanda yoldaşları və baş məşqçi Qurban Qurbanovla məsləhətləşən Zubir AFFA-nın təklifini müsbət cavablandırıb.

Bundan sonra əsas yük federasiyasının üzərinə düşür. Çünki Abdullanın millidə oynaması üçün FİFA-dan icazə almaq lazımdır. Yayda ölkəmizə gəlişinin 5 ili tamam olacaq mərakeş əsilli futbolçunun milliləşdirilməsində ciddi problem yoxdur. O, yalnız futzalda Fransa millisinin formasını geyinib ki, bu da ciddi əngəl deyil.

AFFA-nın planı baş tutsa, yəni FİFA iyuna qədər Zubirin milliyə cəlb edilməsinə razılıq versə, Estoniya ilə görüşdə onu yığma komandanın heyətində görə bilərik. Əks halda bu, sentyabrda - Belçika ilə seçmə mərhələ və İordaniya ilə yoldaşlıq görüşündə reallaşacaq.

Heybət Məmmədov

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Apreldə 12 gün iş olmayacaq

SONRAKI XƏBƏR

Bakı bulvarında intihar edən şəxs müəllim imiş - FOTO