Martinez: "Ronaldo liderlik etməyə hazırdır"

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez komandanın kapitanı Kriştiano Ronaldo haqda danışıb.

Qol.az xəbər verir ki. o, Avro-2024-ün seçmə mərhələsində Lüksemburqla keçirilən oyundan (6:0) sonra deyib:

"Ronaldo çox önəmli oyunçudur. Onun beynəlxalq matçlarda unikal təcrübəsi var. Kriştiano bizim üçün həm də ona görə vacib futbolçudur ki,o, komandada liderdir, oyunçulara rəhbərlik etməyə və bu heyətin kapitanı olmağa hazırdır".

Xatırladaq ki, 38 yaşlı Ronaldo Lüksemburqla oyunda, elcə də seçmə mərhələnin ilk turunda Lixtenşteynlə görüşdə (4:0) dubl edib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Böhranı "alovlandıran" bank satıldı

SONRAKI XƏBƏR

Mbappe və Haaland eyni klubda: Fantastik təklif açıqlandı