Zubir üstündə qırğın düşdü - "Onu alın, İstanbula gətirin"

Zubir üstündə qırğın düşdü - "Onu alın, İstanbula gətirin"<span class="qirmizi"></span>

“Qalatasaray” azarkeşləri “Qarabağ”ın legioneri Abdullah Zubiri çox bəyənib.

Dünən baş tutan xeyriyyə matçında özünü yaxşı tərəfdən göstərməyi bacaran futbolçu türkiyəli fanatların sevimlisinə çevrilib.

Təsadüfi deyil ki, matç bitincə İstanbul klubunun fanatları fransalı futbolçunun İnstagram səhifəsinə “hücuma keçərək” onu “Qalatasaray”a keçməyə səsləyib.
Hətta bəzi azarkeşlər klub rəhbərliyinə müraciət edərək “Zubir Azərbaycanın Məhəmməd Salahıdır, onu alıb gətirin” yazıblar.

Futbolçunun sosial şəbəkədəki hesabında “Qarabağ” azarkeşləri də şərhlər yazıb, Zubiri heç yana buraxmayacaqlarını bildiriblər.

Rəşad Rafiqoğlu

Mənbə: bizim.media