Aqil Abbas: “Stadion “Qalatasaray”a “balet” edir, “Qarabağ”ı fitə basırdı, sağ olsunlar…”

“Dünənki oyunda “Qarabağ” “Qalatasaray”dan gözəl oynayırdı. “Qarabağ” daha ağıllı oyun nümayiş etdirdi. İndi futboldur də. “Qarabağ” “qonaq” komanda idi. Öz meydanında oynamırdı. Öz meydanında oynasa, daha gözəl oyun nümayiş etdirərdi. Çünki bütün stadion “Qalatasaray”a “balet” edir, “Qarabağ”ı fitə basırdı. Sağ olsunlar…”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

“Demişdim ki, qardaşlıq qalib gələcək, elə də oldu. Amma yenə də deyirəm, “Qarabağ” “Qalatasaray”dan yaxşı oynadı…”, - deputat bildirib.

Aytəkin Qardaşova

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Ana üç yaşlı qızını, sonra da özünü BIÇAQLADI: Biri öldü

SONRAKI XƏBƏR

Bakıda alça bu qiymətə satılır - FOTO