"Barselona" Fatinin gələcəyini müzakirə etdi

"Barselona" Fatinin gələcəyini müzakirə etdi<span class="qirmizi"></span>

"Barselona"nın rəsmiləri Mateu Alemani və Yordi Kruiff futbolçu Ansu Fatinin atası ilə görüşərək ispan hücumçunun gələcəyini müzakirə ediblər.

Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Funksionerlər klubun futbolçunu satmaq istəyi ilə bağlı yayılan xəbərləri təkzib edərək, Fatininin atasını sakitləşdirməyə çalışıblar. Ansunun performansı son vaxtlar, o cümlədən zədələr səbəbindən gözləntiləri doğrultmur, lakin klub onu layihənin gələcəyində əsas fiqur kimi görməkdə davam edir.

Qeyd edək ki, Fati 2019-cu ildən "Barselona"nın əsas komandasının üzvüdür.

Mənbə: qol.az