İrlandiya millisinin futbolçusuna autizm diaqnozu qoyulub

İrlandiya millisinin futbolçusuna autizm diaqnozu qoyulub<span class="qirmizi"></span>

İrlandiya millisinin futbolçusu Ceyms Makkleynə autizm diaqnozu qoyulub.

"Report"un məlumatına görə, bu barədə 34 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli oyunçunun qızı Uillou-Ayvi də analoji xəstəlikdən əziyyət çəkir. Makkleyn bildirib ki, uşağa bənzədiyini hiss etməyə başlayandan sonra müayinədən keçib və nəticə müsbət çıxıb.

Qeyd edək ki, Ceyms Makkleyn 2021-ci ilin yayından İngiltərənin "Uiqan" klubunda çıxış edir. O, daha əvvəl "Stok Siti", "Vest Bromviç" və "Sanderlend"in şərəfini qoruyub. Yığmada 96 oyun keçirən futbolçu 11 qol vurub.

Mənbə: report.az