İniqo Martinez "Barselona"ya keçir

İniqo Martinez "Barselona"ya keçir<span class="qirmizi"></span>

“Atletik Bilbao”nun mərkəz müdafiəçisi İniqo Martinez yeni mövsümdən “Barselona”ya keçəcək.

Gözlənildiyi kimi, tərəflər sövdələşmənin bütün şərtləri üzrə tam razılığa gəliblər. 31 yaşlı futbolçunun “Atletik”lə müqaviləsi iyunda başa çatdığı üçün Kataloniya klubuna azad agent kimi keçəcək.

Bu arada tanınmış insayder Jerar Romeronun sözlərinə görə, Martinezin qeydiyyatında problem yaranarsa, başqa kluba icarəyə verilə bilməsi şərti ilə “Barselona” ilə müqavilə imzalamağa razılaşıb. Eyni zamanda, mərkəz müdafiəçisinə razılaşdırılmış maaşın saxlanmasına da zəmanət veriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, İñiqo Martinez 2018-ci ildən "Atletik"də çıxış edir, komandanın heyətində 173 oyun keçirib və 8 qol vurub.

 

Mənbə: sia.az