Qvardiola “Mançester Siti”dən ayrıla bilər

Qvardiola “Mançester Siti”dən ayrıla bilər<span class="qirmizi"></span>

Əvvəla qeyd edək ki, bu yaxınlarda, Pep Qvardiola “Mançester Siti” ilə 2025-ci ilin ortalarına qədər hesablanmış yeni müqavilə imzalayıb. Lakin bununla belə, ispaniyalı bu mövsümün sonunda klubu tərk edə bilər.

SİA xəbər verir ki, bu barədə artıq “El Chiringuito” proqramına istinadən danışılır.

Yəni Qvardiolanın gələn yay məzuniyyətə çıxa biləcəyi qeyd olunur.

Mənbənin sözlərinə görə, bu ssenaridə “Mançester Siti” daha bir ispan mütəxəssis Luis Enrikeni qəbul edə bilər.

Qeyd edək ki, hazırda işsiz olan Enrike, mundialdan sonra İspaniya millisindən ayrılıb və İngiltərə Premyer Liqasında işləmək istədiyini də dilə gətirib.

Yeri gəlmişkən, 2016/2017 mövsümündən “Mançester Siti”də işləyən Xosep Qvardiola, nə vaxtsa məşqçi kimi yenidən “Barselona”ya qayıdacağını da gizlətmirdi.

 

Mənbə: sia.az