Hazarddan "Fənərbaxça"ya gözlənilməz cavab

Hazarddan "Fənərbaxça"ya gözlənilməz cavab<span class="qirmizi"></span>

“Fənərbaxça” klubu “Real Madrid”in futbolçusu Eden Hazarda təklif göndərib.

Metbuat.az Ntvspor-a istinadən xəbər verir ki, təklif iddialı olsa da Hazard təklifi rədd edib. Bildirilir ki, “Fənərbaxça” Hazardı icarəyə götürmək istəyib. Səudiyyə Ərəbistanından da Hazarda oxşar təklif olub. Lakin futbolçu bu təklifi də rədd edib. İspaniyanın “OK Diario” nəşrinin məlumatına görə, Hazarda Avropanın 4 böyük futbol liqasından təklif olmayıb.

Qeyd edək ki, “Real Madrid” klubu ilə 2024-cü il mövsümünün sonuna qədər müqaviləsi olan Hazard əsas heyətə düşə bilmir.

Mənbə: metbuat.az