“Milan”ın sabiq futbolçusu karyerasını başa vurdu

“Milan”ın sabiq futbolçusu karyerasını başa vurdu<span class="qirmizi"></span>

"Milan", "Fiorentina" və "Vilyarreal"ın keçmiş futbolçusu Matias Fernandes karyerasını bitirib.

Qol.az xəbər verir ki, 36 yaşlı çilili yarımmüdafiəçi futboldan getdiyini açıqlayıb.

Matias 2006-cı ildə Cənubi Amerikanın ən yaxşı futbolçusu olub. O, Çili millisində 73 oyuna 14 qol vurub.

Qeyd edək ki, Fernandes 2021-ci ildən Çilinin "Deportes La Serena" komandasında çıxış edirdi. O, 2016-2017 mövsümündə "Milan"da oynayıb.

Mənbə: qol.az