Azərbaycan paralimpiyaçısı Xorvatiyada gümüş medal qazanıb

Azərbaycan paralimpiyaçısı Xorvatiyada gümüş medal qazanıb<span class="qirmizi"></span>

Azərbaycanın qadın paralimpiyaçısı Sona Ağayeva Xorvatiyada gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, bocciaçı "Zagreb 2023 World Boccia Challenger" turnirində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

Mənbə: moderator.az