Messi karyerasının növbəti ili ilə bağlı qərarını verdi

Messi karyerasının növbəti ili ilə bağlı qərarını verdi<span class="qirmizi"></span>

Lionel Messi PSJ ilə yeni müqavilə imzalayacaq.

Argentinalı ulduz artıq yekun qərarını verib. O, daha bir il Paris klubunda qalmaq istəyir. Bundan sonra isə Messi ABŞ-də oynamaq niyyətindədir.

35 yaşlı hücumçu həmçinin, Argentina millisində daha bir dünya çempinatında forma geyinmək niyyətindədir. O, bununla bağlı ölkənin futbol federasiyasını məlumatlandırıb.

Messinin PSJ ilə hazırkı müqaviləsi mövsümün sonuna qədərdir. Onun ilk seçiminin “Barselona”ya qayıtmaq olduğu ilə bağlı xəbərlər yayılmışdı.

Mənbə: “Marca”

Mənbə: www.oxu.az