Rusiya və Belarus Avropa Oyunlarına buraxılmayacaq

Rusiya və Belarus Avropa Oyunlarına buraxılmayacaq<span class="qirmizi"></span>

Rusiya və Belarus idmançıları Polşanın Krakov şəhərində keçiriləcək Avropa Oyunlarına buraxılmayacaq.

Bu barədə BBC oyunun təşkilatçılarına istinadən məlumat yayıb.

Avropa Oyunlarının təşkilat komitəsinin sədri Marçin Novak deyib ki, Rusiya Federasiyasını və Belarusu təmsil edən idmançılar yarışda olmayacaq.

"Diplomatik prosedurlara baxmayaraq, biz buna icazə verməyəcəyik", - açıqlamada bildirilir.

Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək keçiriləcək, yarışlarda 7000-ə yaxın idmançı iştirak edəcək.

Mənbə: moderator.az