"Benfika" baş məşqçisi Rocer Şmidtlə yeni müqavilə imzalayıb.
Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 56 yaşlı mütəxəssislə sözləşmə 2026-cı il iyunun 30-dək uzadılıb.
Şmidt 2022-ci ilin mayından bu komandanı çalışdırır. 2 illik müqavilə imzalayaraq Lissabon klubuna keçib.
O, bu mövsüm "Benfika"nı Çempionlar Liqasının 1/4 finalına çıxarıb.