Messi "Barselona"ya qayıtsa, nə qədər məvacib alacaq?

Messi "Barselona"ya qayıtsa, nə qədər məvacib alacaq?<span class="qirmizi"></span>

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi sabiq klubu "Barselona"ya qayıtsa, Paris təmsilçisindəki ilə eyni maaşı alacaq.

Qol.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Hücumçunun Kataloniya klubuna transferi iqtisadi baxımdan mümkündür. "Barselona" 35 yaşlı forvardla danışıqlar apardığını da təsdiqləyib. Messi "Barselona"ya qayıdarsa, illik təxminən 10 milyon avro qazanacaq.

Messinin PSJ ilə hazırkı müqaviləsi bu ilin iyun ayına qədərdir. Paytaxt təmsilçisi də futbolçunu saxlamaq üçün danışıqlar aparır.

Qeyd edək ki, Messsi 2004-2021-ci illərdə "Barselona"da oynayıb. O, İspaniya klubundan ayrıldıqdan sonra azad agent kimi PSJ-yə keçib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin

Mənbə: qol.az