Bu ölkədə çıxış edən ən habalı hücumçu "Neftçi" yolunda

"Tirana"da çıxış edən Florent Hasani karyerasını Azərbaycanda davam etdirə bilər.

Milli.Az sportinfo-ya istinadən xəbər verir ki, "Neftçi" 24 yaşlı forvardla maraqlanır. Kosovolu legionerin "transfermakt"da dəyəri 400 min avro göstərilir.

Hasani mövsümün əvvəlindən "Tirana"da çıxış edir. Kosovo millisinin üzvü komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qış fasiləsində "Qarabağ"a transfer olunan hücumçu Redon Cicadan sonra onun sabiq komanda yoldaşının da eyni marşrut üzrə Azərbaycana gəlməsi gözlənilir.

Hasani hazırda "Tirana"nın ən bahalı futbolçusu hesab olunur.

Albaniyanın paytaxt klubu müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Florent Hasaninin "Neftçi"yə sağışından minimum 350-400 min avro gəlir əldə etməyi hədəfləyir.

Bakılılar isə qarşı tərəfə göstərilən rəqəmdən bir qədər aşağı təzminat ödəməyə razıdır.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Qar uçqunu oldu, 4 nəfər öldü

SONRAKI XƏBƏR

"Neftçi"nin baş məşqçisi: "Bizi ağır oyunlar gözləyir"