A Seriyası: “Fiorentina” səfərdə “İnter”ə minimal hesabla qalib gəlib

A Seriyası: “Fiorentina” səfərdə “İnter”ə minimal hesabla qalib gəlib<span class="qirmizi"></span>

İtaliya A Seriyasının 28-ci turunun matçında “İnter” doğma “San Siro” stadionunda “Fiorentina” ilə qarşılaşıb.

“Report” xəbər verir ki, Fabio Mareskinin idarə etdiyi matçda qonaqlar qalib gəlib.

Matçın yeganə qolunu 53-cü dəqiqədə Cakomo Bonaventura vurub.

“Fiorentina” bütün yarışlarda ardıcıl səkkizinci qələbəsini qazanıb, “bənövşəyilər” sonuncu dəfə fevralın 12-də “Yuventus”a uduzub (0:1). “Fiorentina” 28 matçda 40 xal toplayıb və turnir cədvəlinin səkkizinci pilləsinə yüksəlib.

“İnter” 50 xalla üçüncüdür. Növbəti turda komanda səfərdə “Salernitana” ilə qarşılaşacaq, “Fiorentina” “Speziya” ilə oyun gözləyir, lakin buna qədər hər iki komanda İtaliya Kubokunun yarımfinal mərhələsində oynayacaqlar.

Mənbə: report.az