Bakıda ilk dəfə 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək

Bakıda ilk dəfə 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək

Bakı. Trend:

Azərbaycanın paytaxtı Bakı ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcəkdir.

Trend-in Beynəlxalq Gimnastika Federasiyasının (FIG) saytına istinadən verdiyi məlumata görə, akrobatik gimnastika üzrə dünya çempionatı 2022-ci ildə keçiriləcək.

Bildirilir ki, gimnastika üzrə təqvimə gəldikdə, Azərbaycan seçim yeri olaraq qalır:

"2019-ci ildə bədii gimnastika üzrə Dünya Çempionatından, 2020-ci il aerobika gimnastikası üzrə çempionatından və 2021-ci il tamblinq üzrə dünya çempiotaından sonra Bakıda ilk dəfə Milli Gimnastika Arenasında 2021-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək".

Qeyd edilir ki, 2-7 mart tarixlərində şəhərdə çempionatdan əvvəl yaş qrupları arasında dünya yarışları keçiriləcəkdir.

Mənbə: az.trend.az