"Bavariya" futbolçusu Robert Levandovski ilə yeni müqavilə imzalayacaq.
Faktor.az "Bild"ə istinadən yaydığı xəbərə görə, növbəti həftənin sonuna kimi 31 yaşlı hücumçu ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər uzadılacaq.
Qeyd edək ki, Levandovski 2014-cü ildən Münhen təmsilçisində oynayır.
Mənbə: faktor.az