Bərdə Olimpiya İdman kompleksində uşu üzrə respublika turnirinə start verilib

Bərdə Olimpiya İdman kompleksində uşu üzrə respublika turnirinə start verilib

Bakı, 24 avqust, İlyas Zeynallı, AZƏRTAC

Avqustun 23-də Bərdə Olimpiya İdman Kompleksində aprel döyüşlərində şəhid olmuş baş leytenant Ziya Həsənovun xatirəsinə həsr edilmiş uşu üzrə respublika turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, yarışda şəhər və bölgələrdən 200-ə yaxın idmançı mübarizə aparır.

Turnirə avqustun 25-də yekun vurulacaq.

Mənbə: azertag.az