“Dortmund” və “Beşiktaş” 3 qolla qalib gəldi - VİDEO

“Dortmund” və “Beşiktaş” 3 qolla qalib gəldi - VİDEO

Avropanın əsas futbol çempionatlarında növbəti turun oyunlarına start verilib.

BAKU.WS xəbər verir ki, Türkiyə Superliqasının 2-ci turunun açılış matçında “Beşiktaş” öz meydanında “Göztəpə”ni 3:0 hesabı ilə məğlub edib.

Almaniya Bundesliqasında da ikinci tur başlayıb. “Borussiya Dortmund” səfərdə “Köln”ü 3:1 hesabı ilə məğlub edib.

İspaniyada da 2-ci, İngiltərə isə 3-cü tur başlayıb. Nəticələri təqdim edirik:

"Beşiktaş" - "Göztəpə" - 3:0
Qol: Guven Yalçın, 45+1, C.Erkin, 54, Lyayiç, 59.

“Köln” - “Borussiya Dortmund” - 1:3
Qollar: Dreksler, 29 (1:0), Sanço, 70 (1:1) Hakimi, 86 (1:2), Alkaser, 90+4 (1:3)

 “Aston Villa” - “Everton” - 2:0
Qollar: Uesli, 21. El-Qazi, 90+5.

“Qranada” - “Sevilya” - 0:1
Qol: Cordan, 52.

“Levante” - “Vilyarreal” - 2:1
Qollar: Rocer, 68-pen; 73-pen - Moreno, 3.
BAKU.WS

Mənbə: baku.ws