Futzal üzrə Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq

Bakı, 24 avqust, AZƏRTAC

Avqustun 25-dən 28-dək futzal üzrə Azərbaycan milli komandasının Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı olacaq.

Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a bildiriblər ki, millimiz avqustun 26-da və 28-də Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək. İlk oyun Minsk, digər matç isə Borisov şəhərində təşkil olunacaq.

Qeyd edək ki, milli oktyabrın 22-dən 27-dək Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsinin qrup oyunlarında Slovakiya, Moldova və Monteneqro yığmaları ilə qarşılaşacaq.

Mənbə: azertag.az