Həyatında iz qoyan dörd məşqçinin adını çəkdi

Həyatında iz qoyan dörd məşqçinin adını çəkdi

“Real”ın müdafiəçisi Serxio Ramos karyerasında yaxşı iz qoyan dörd məşqçinin adını çəkib.

Faktor.az İspaniya mətbutına istinadən yazır ki, o, öncə Xoakin Kaparrosun adını çəkib.

“O, İspaniya liqasında ilk dəfə oynamaq şansı vermklə mənim arzumu gerçəkləşdirdi. Sonra Luis Aroqonesi qeyd edə bilərəm. Çünki məni milliyə dəvət etdi. Son illərki məşqçilərimdən isə Karlo Ançelotti və Zidanı vurğulayım. Onları rəhbərliyi altında Çempionlar Liqasında əla anlar yaşamışam”.

Qeyd edək ki, Ramos məşqçi adlarını çəkərkən Joze Mourinyonu qeyd etməyib. Çünki onların münasibəti yaxşı olmayıb.

Mənbə: faktor.az