Qadın güləşçilərimiz dünya çempionatına Türkiyədə hazırlaşırlar

Qadın güləşçilərimiz dünya çempionatına Türkiyədə hazırlaşırlar

Bakı, 24 avqust, AZƏRTAC

Qadın güləşçilərdən ibarət Azərbaycan yığması Türkiyənin Sarıyer şəhərindəki təlim-məşq toplanışını başa vurur.

AZƏRTAC xəbər verir ki, hazırlıq prosesi gələn ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. Türkiyə və Monqolustan milliləri ilə birgə təşkil edilən hazırlıq prosesi əsasən fiziki hazırlıq üzərində qurulub.

Qeyd edək ki, komandamız son hazırlıq prosesini Qazaxıstanda keçəcək.

Mənbə: azertag.az