“Arılar” ikinci hissədə “sancdılar” - VİDEO

“Arılar” ikinci hissədə “sancdılar” - VİDEO

Futbol üzrə Almaniya Bundesliqasında 2-ci tura start verilib.

REAL xəbər verir ki, açılış matçında Köln döğma divarlar arasında Dortmund Borussiyası ilə üz-üzə gəlib.

Hesabı yarım saatın tamamında meydan sahibləri açıblar. Dominik Dreksler yerli azarkeşləri sevindirib.

Lakin bu, keçilərə baha başa gəlib. İkinci hissədə coşan arılar 3 dəfə kölnlüləri sancıblar.

Əvvəlcə Cadon Sanço tablodakə rəqəmləri eyniləşdirib, 1-1.

Ardınca Aşraf Hakimi baş işlədib, 2-1.

Oyunda son sözü isə Pako Alkaser deyib.

3-1 və sarılar maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirlər.

Hər 2 oyunu məğlub başa vuran Köln isə son pillələrdədir.

Mənbə: www.realtv.az