“Linfild”in matçı təxirə salındı - “Qarabağ”la oyuna görə

“Linfild”in matçı təxirə salındı - “Qarabağ”la oyuna görə

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Linfild"in Şimali İrlandiya çempionatında "Uerronpoynt Taun"la bugünə nəzərdə tutulan 3-cü turun oyunu təxirə salınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Şimali İrlandiya Futbol Federasiyasının müvafiq qərar verməsinə Belfast təmsilçisinin "Qarabağ"la gələn həftə Bakıda keçiləcək oyunu səbəb olub. Devid Hilinin komandası təkrar görüşə daha yaxşı hazırlaşmaq məqsədilə daxili çempionatdakı matçın başqa vaxta keçirilməsi xahişi ilə yerli federasiyaya müraciət edib və müsbət cavab alıb.

Xatırladaq ki, "Linfild" "Qarabağ" ilk görüşdə 3:2 hesabı ilə qalib gəlib. Təkrar görüş avqustun 29-u Bakıda olacaq.

Milli.Az

Mənbə: news.milli.az