28 yaşlı futbolçu Beylin rekordunu yenilədi

28 yaşlı futbolçu Beylin rekordunu yenilədi

Dünyanın ən sürətli futbolçulardan birinin də adı məlum olub. Azvision.az xəbər verir ki, bu barədə məlumatı “FİFA” özünün “Twitter” səhifəsində yerləşdirib. Qeyd olunub ki, yaşıl meydanlarda topla ən sürətli hərəkət edən futbolçuların siyahısına “Flamenqo”nun hücumçusu Bruno Enrike də qoşulub.

Belə ki, 28 yaşlı futbolçu saatda 38 kilometr sürətlə qaçıb.

Bununlada o, “Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Qaret Beylin rekordunu yeniləyib. Beyli saatda 36,9 kilometr sürətlə qaçmışdı.

Digər mənbələrə görə, PSJ-nin hücumçusu Kilian Mbappe planetin ən sürətli futbolçusu olaraq qalır. Fransız oyunçunun qaçış sürəti saatda 38 km-dən 39 km/saata qədər çatıb.

Mənbə: azvision.az