“Zenit” yayda Azərbaycan klubu ilə oyun keçirəcək

“Zenit” yayda Azərbaycan klubu ilə oyun keçirəcək<span class="qirmizi"></span>

Rusiyanın “Zenit” futbol klubunun prezidenti Aleksandr Medvedev bu yay klubun yoldaşlıq görüşlərinin keçirilməsindən danışıb.

Bu barədə “Report” “Çempionat” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, “Zenit”in rəqibləri Türkiyə, Serbiya və Azərbaycan klubları olacaq.

“İyulda biz “Fənərbağça”, “Srvena Zvezda” və “Neftçi” komandalarını Sankt-Peterburqda keçiriləcək turnirdə gözləyirik”, - deyə Medvedyev bildirib.

“Zenit” ardıcıl 5-ci dəfə futbol üzrə Rusiya çempionu olub.

Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini, eləcə də bütün Rusiya klublarını bu qurumların nəzarətindəki yarışlarda iştirakdan kənarlaşdırıb.

Mənbə: report.az