Məhsuldar ötürmə etdi, qolu sayılmadı, sarı vərəqə aldı

Məhsuldar ötürmə etdi, qolu sayılmadı, sarı vərəqə aldı<span class="qirmizi"></span>

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" İsveçrə çempionatında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, Sürix təmsilçisi 35-ci turda evdə "Sankt-Qallen" ilə qarşılaşıb. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2.

Dadaşov bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 90+3-cü dəqiqədə əvəzlənib. Renat 3-cü dəqiqədə komandasının vurduğu ilk qolda məhsuldar ötürmə edib. O, 31-ci dəqiqədə rəqib qapısına yol tapsa da, hakim qayda pozuntusuna görə bunu qeydə almayıb. Dadaşov 30-cu dəqiqədə sarı vərəqə də alıb.

Qeyd edək ki, "Qrasshopper" sona bir tur qalmış 44 xalla 6-cı sıradadır.

Mənbə: qol.az