“Turan Tovuz” albaniyalı legionerlə müqaviləni uzadacaq

"Turan Tovuz" legionerlərindən daha birini komandada saxlamaq istəyir.
Qərb təmsilçisi qışda heyətinə qatdığı Belajdi Pusinin müqavilə müddətini uzatmağı planlaşdırır.
Bunun üçün albaniyalı forvardla danışıqlar aparılacaq. Tərəflər razılıq əldə etsə, Pusi yeni mövsümə də Azərbaycan Premyer Liqasında başlayacaq.
“Vlajniya” yetirməsi olan 25 yaşlı hücumçu “Skenderbeu”dan ayrılaraq ölkəmizə gəlmişdi.

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Xankəndindəki ermənilərin “cədvəl qıtlığı” başlanır: İrəvan ərzağı bahalaşdırır

SONRAKI XƏBƏR

Məhərrəm İncə ikinci turla bağlı qərarını verdi