Emrelinin müqaviləsinin müddəti bitir: Gələcəyi bəlli oldu!

Emrelinin müqaviləsinin müddəti bitir: Gələcəyi bəlli oldu!<span class="qirmizi"></span>

Cari mövsümün sonu "Dinamo"nun icarəyə verdiyi 24 futbolçunun müqaviləsinin müddəti bitərək komandaya dönəcək.

Offsideplus.az "Index.hr" saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emreli də icarədə olan oyunçular sırasındadır. Daha çox oynamaq ümidilə "Konyaspor" klubuna yollanan 25 yaşlı forvardın cari mövsümün sonunda icarə müddəti başa çatacaq.

Futbolçunun müqaviləsində 2 milyon avroya birbaşa transfer maddəsi var. Xorvatiya mətbuatının yaydığı məlumata görə, Türkiyə klubu Mahiri birbaşa transfer etməyi düşünür.
Qeyd edək ki, Mahir Emreli "Konyaspor"da keçirdiyi 9 oyunda 1 qol vurub.

Mənbə: olke.az