“Qalatasaray” belçikalı futbolçunun müqaviləsini uzatdı

“Qalatasaray” belçikalı futbolçunun müqaviləsini uzatdı<span class="qirmizi"></span>

Türkiyənin "Qalatasaray" klubu Dris Mertensin gələcəyi barədə qərar verib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verilib.

Bildirilib ki, İstanbul təmsilçisi belçikalı hücumçunu komandada saxlayacaq. "Sarı-qırmızılar" 36 yaşlı forvardın müqaviləsinin müddətini 2024-cü ilin yayına kimi uzadıb.

Qeyd edək ki, Dris Mertens "Qalatasaray"a mövsümün əvvəlində "Napoli" ilə sözləşməsi başa çatdıqdan sonra azad agent statusu ilə keçmişdi. Təcrübəli futbolçu "cim bom"un heyətində meydana çıxdığı 31 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 

Mənbə: bizim.media