Klublarımız üçün daha 3 potensial rəqib

Klublarımız üçün daha 3 potensial rəqib<span class="qirmizi"></span>

2023/2024 mövsümündə Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Neftçi”, “Sabah” və “Qəbələ”nin potensial rəqibləri artıb.

Bizim.Media xəbər verir ki, II təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlərdə yer alacaq “Neftçi”nin mümkün rəqibləri sırasına daha 2 komanda qoşulub.

Bunlar “Bohemians” (Çexiya) və “Debretsen”dir (Macarıstan).

Səpələnməmişlərdə qərarlaşan “Sabah”la “Qəbələ”nin üz-üzə gəlmək ehtimalı olan komandalar sırasına isə Portuqaliya “Gimaraeş”i əlavə olunub.

Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.
 

Mənbə: bizim.media